Mixaylo Bakıda
21.10.2013 - 10:20
Qadın voleybolçular arasında Çempionlar Liqasının ilk turunu idarə edəcək hakimlər briqadası açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 22-də keçiriləcək “Azəryol” – “Yamamay” (İtaliya) matçını Mixaylo Melnik (Ukrayna) idarə edəcək. Saat 18-da başlayacaq qarşılaşmada köməkçi hakim funksiyasını Tomas Murulo (Estoniya) yerinə yetirəcək.
Həmin gün Serbiyanın paytaxtı Belqradda yerli “Srvena Zvezda” ilə üz-üzə gələcək (Bakı vaxtı ilə saat 21:00) “İqtisadçı”nı meydana yunanıstanlı Sotirios Delikostides və bolqarıstanlı Dobromir Dobrev çıxaracaq.
Oktyabrın 24-də, saat 17:00-da start götürəcək “Rabitə” – “Omiçka” (Rusiya) duelində isə əsas fit sahibi Yuri Bakunoviç (Belarus) olacaq. Ona Simone Santi (İtaliya) köməklik edəcək.
Qeyd edək ki, “Rabitə”nin ruslarla oyunu “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.

0
0