Rəqiblərimizin gücü bilindi
21.10.2013 - 10:26
Rəqiblərimizin gücü bilindi
Qadın voleybolçular arasında Serbiya çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasının ilk turunda “İqtisadçı”nı qəbul edəcək “Srvena Zvezda” CEV kubokunda “Azərreyl”in rəqibi “Partizan”la qarşılaşıb.

93 dəqiqə davam edən oyunda “dəmiryolçular”ın rəqibi özlərini qonaq kimi aparmayaraq, “quru hesablı” qələbə qazanıblar – 3:0 (34:32, 25:22, 25:23).

Qeyd edək ki, Bakı təmsilçiləri Serbiya klubları ilə ilk görüşlərini səfərdə keçirəcəklər. “İqtisadçı” sabah, “Azərreyl” isə oktyabrın 23 gücünü yoxlayacaq.