“Çempionlar Liqasına uğurla başlaya bilərik” - FOTO
21.10.2013 - 10:23
“Komandamızın məqsədi dəyişməzdir. Biz İtaliyada istənilən rəqabətə hazırıq. Bunu beynəlxalq arenaya da şamil etmək olar”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun direktoru Massimo Aldera deyib.
Komanda rəsmisi Bakıya səfər öncəsi fikirlərini açıqlayıb.
Dünən paytaxtımıza gələn Aldera ölkəsini tərk etməzdən əvvəl Çempionlar Liqasında “Azəryol”la oyunun vacibliyindən danışıb. O bildirib ki, “Yamamay” yarışa qələbə ilə başlamaq arzusundadır: “Əlbəttə, oyunçuların fiziki hazırlığı bizi fərqləndirir. Çünki biz rəqiblə müqayisədə gərgin qrafiklə çıxış edirik. Buna baxmayaraq, əminim ki, “Yamamay” Çempionlar Liqasına uğurla başlaya bilər. Bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Komandamızın qitənin ən nüfuzlu klub turnirində çıxışı tək özümüz üçün deyil, sponsorlarımız və bütün İtaliya voleybolu üçün də çox vacibdir”.

0
0