Vacib qələbə - YENİLƏNİB
03.12.2013 - 20:08
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, IV turun ilk oyun günündə Azərbaycan klublarından “Azəryol” meydana çıxıb.
Ancelo Vercesinin yetirmələri doğma divarlar arasında ötən həftə məğlub olduqları (2:3) “Konegliano”nu qəbul edərək, vacib qələbə qazanıblar. III turdan işini çətinə salan “Azəryol” 0:3 və ya 1:3 uduzacağı halda, analoji yarışda mübarizəni vaxtından əvvəl dayandıra bilərdi ki, (“Yamamay” (İtaliya) – “Qalatasaray” (Türkiyə) matçında ikincilərin eyni hesabla qalib gələcəkləri halda) voleybolçularımız da imkan verməyiblər. Onlar mühüm əhəmiyyət kəsb edən görüşdə rəqibi 3:1 hesabı ilə məğlub edərək, aktivlərindəki xalların sayını 6-ya çatdırıblar. Bu isə pley-off yolunda mühüm addım olub.
Qarşılaşmaya gəlincə, ilk setdə hesabı “Azəryol” açıb. Lakin ardınca üstünlük qonaqların tərəfinə keçib. Bunun nəticəsi olaraq, “Konegliano” hər 2 texniki fasiləyə öndə çıxıb – 8:5, 16:14. Uğursuz startla barışmaq istəməyən Ancelo Vercesi götürdüyü taym-autlarla komandasının oyununda dönüş yarada bilib və Bakı təmsilçisi hissəni xeyrinə bitirib – 25:23.
İkinci set fərqli ssenari ilə başlayıb. Bu dəfə Super Liqanın gümüş mükafatçısı inamlı oyunu ilə diqqət çəkib – 8:5, 16:14. Amma onlar da apenninlilər kimi üstünlüklərini qoruya bilməyiblər. Rəqibin hesabı bərabərləşdirməsindən sonra (20:20, 24:24) voleybolçularımız özlərini itiriblər və üstünlüyü əldən veriblər – 1:1.
Üçüncü hissədə məğlubiyyətin baha başa gələcəyini yaxşı dərk edən komandamız inamlı təsir bağışlayıb. “Azəryol” ikinci texniki fasiləyə 2 top geridə çıxmasına baxmayaraq, oyununda dönüş yaradıb və yenidən setlərin fərqində önə keçib – 2:1.
Dördüncü set isə sonuncu olub. Bu hissənin əvvəlində Bakı təmsilçisi azarkeşlərin gözlədiyi oyunu nümayiş etdirib. Startda 4 top öndə olan komandamız setin gedişində fərqi 6 topa çatdırıb – 10:4. Lakin onlar sonradan yenə üstünlüyü əldən veriblər – 15:15, 17:18, 19:21. Buna baxmayaraq, “Azəryol” özündə güc taparaq, yekunda çətinliklə də olsa lazımı qələbəni qazanıb – 3:1.
Beləliklə, “Azəryol” turnir cədvəlində 3-cü pillədəki mövqeyini qoruyaraq, növbəti mərhələ şansını saxlayıb.
Çempionlar Liqası
IV tur
3 dekabr
E qrupu
“Azəryol” (Azərbaycan) – “Konegliano” (İtaliya) - 3:1 (25:23; 30:32, 25:22, 25:23)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)
Bəkı, Voleybol Mərkəzi

Konegliano | 4 | 3 | 1 | 10-8 | 415-388 | 7 |
Qalatasaray | 3 | 2 | 1 | 8-4 | 290-261 | 7 |
Azəryol | 4 | 2 | 2 | 9-9 | 400-411 | 6 |
Yamamay | 3 | 0 | 3 | 3-9 | 234-279 | 1 |
0
0