1/4 finala doğru ilk addım
03.12.2013 - 17:07
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Bakı klubları mübarizəyə sabahdan qoşulacaqlar.
Öncə “Azərreyl” öz gücünü sübut etməyə çalışacaq. Aleksandr Çervyakovun yetirmələri matçın favoriti hesab olunurlar. Çünki “Partizan”ı (Serbiya) set fərqinə görə də olsa keçən komandamızın çexlər önündə büdrəyəcəyi inandırıcı görünmür.
Həmçinin, 1/16 finalda “Askö”nu (Avstriya) mübarizədən kənarlaşdıran rəqibin heyətində hansısa adlı-sanlı voleybolçu da yoxdur. Bu səbəbdən “Azərreyl”in səfərə bir qədər arxayın yollanması üçün “quru hesablı” qələbə qazanması proqnozlaşdırılır.
Super Liqanın hesabat turunda məhz “Azərreyl”ə 3:0 hesabı ilə qalib gələn “Lokomotiv”in də azarkeşlərini sevindirəcəyi gözləniləndir. Çünki artıq öz oyunu taparaq, inamlı təsir bağışlayan “dəmiryolçular” avrokubokda da iddialıdırlar.
Onlar bu səbəbdən dekabrın 5-də qəbul edəcəkləri İsrail “Hapoel”inə ilk matçdaca güclərini göstərməyi hədəfləyiblər. Düzdür, hər 2 klubun heyətində təcrübəli legionerlər yer alsalar da, Bakı təmsilçi rəqibindən şanslıdır. Həm doğma divarlar, həm də komandanın yeni yaradılan fanklubu “Lokomotiv”in ilk oyunda asan qələbəsinə rəsmiləşdirə bilər.
Bu da komandamızın cavab görüşünə müsbət əhval-ruhiyyədə yollanmasına şərait yaradar. Artıq bir dəfə avrokuboklarda – “Çelenc Cup”da qalib olmuş “dəmiryolçular” bu dəfə daha nüfuzlu yarışda uğura doğru daha bir addım atmaq əzmindədir.
CEV kuboku
1/8 final mərhələsi, ilk oyunlar
4 dekabr
18:00. “Azərreyl” (Azərbaycan) - “Olomouts” (Çexiya)
Hakimlər: Arnis Kelle (Latviya), Dəniz Dəmir (Türkiyə)
Bakı, Voleybol Mərkəzi
5 dekabr
18:00. “Lokomotiv” (Azərbaycan) - “Hapoel” (İsrail, Kfar Saba)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Andrey Kovalçuk (Ukrayna)

0
0