Polşa yığması üçün “azərbaycanlı”
03.12.2013 - 18:27
Polşa yığması üçün “azərbaycanlı”
Qadın voleybolçular arasında Polşa millisinin dünya çempionatının seçmə mərhələsi üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Pyotr Makovski yanvarın 3-5-də keçiriləcək qrup mərhələsi üçün siyahıya “Rabitə”dən də oyunçu daxil edib.

İsveçrə, Belçika və İspaniya ilə K qrupunda mübarizə aparacaq polşalılara Azərbaycan çempionun voleybolçusu Katarjina Skovronska köməklik edəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Lodzda olacaq.