Legionerlərin fərqi: Nikolova - Kozux - 53:43
03.12.2013 - 20:22
Qadın voleybolçular arasında Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) - “Konegliano” (İtaliya) matçının ən yaxşılarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:1 hesabı ilə qələbə qazandığı görüşün bombardiri yenə Emiliya Nikolova olub.
Evdə 26 xal toplayan “Konegliano”nun bolqarıstanlı legioneri paytaxtımızda 27 dəqiq zərbəyə sevinib. “Azəryol”un heyətində də ilk oyundakı kimi ən məhsuldar voleybolçu dəyişməyib. Amma almaniyalı hücumçumuz Marqareta Kozux bu dəfə 23 deyil, 20 xal toplamağı bacarıb.
Ancelo Vercesinin digər yetirmələrinə gəlincə, Odina Əliyeva 15, Anneris Varqas 13, Çyara di Yulio 10, Kseniya Kovalenko 9, Yuside Sillie 5, Cessika Cons 4 və Polina Rəhimova 1 xal yığıb.

0
0