“Qalatasaray” qrup liderliyinə yüksəldi
04.12.2013 - 10:08
“Qalatasaray” qrup liderliyinə yüksəldi
Çempionlar Liqasında “Azəryol”un yer aldığı E qrupunda IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin ardınca “Qalatasaray” (Türkiyə) da 3:1 hesablı qələbə qazanıb.

Belə ki, “Yamamay”ın (İtaliya) qonağı olan istanbullular ötən mövsüm “Dördlər finalı”nda oynamış komandaya heç bir şans verməyib. Onlar rəqiblərinə 3:0 (25:22, 25:20, 25:23) hesabı ilə qalib gəliblər.

Bu qələbə “Qalatasaray”ı qrup lideri edib.

Qalatasaray
4
3
1
11-4
365-326
10
Konegliano
4
3
1
10-8
415-388
7
Azəryol
4
2
2
9-9
400-411
6
Yamamay
4
0
4
3-12
299-354
1

Qeyd edək ki, IV turun ilk matçında “Azəryol” “Konegliano”ya 3:1 hesabı ilə qalib gəlib.