“Həm “Azəryol”a, həm də hakimlərə qarşı mübarizə apardıq”
04.12.2013 - 10:15
“Həm “Azəryol”a, həm də hakimlərə qarşı mübarizə apardıq”
“Səfərdə çox vacib oyun keçirdik. Amma gərgin keçən görüşdə məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Konegliano” voleybol klubun baş məşqçisi Marko Qaspari deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının IV turu çərçivəsində “Azəryol”a 1:3 hesablı məğlubiyyətə şərh edib.

O bildirib ki, uduzmalarına baxmayaraq, yetirmələrindən razı qalıb: “Mən belə yaxşı oyuna görə komandamı təbrik edirəm. Onlar həqiqətən də çox az səhvə yol verdilər. Lakin çox qəzəbliyəm. Çünki biz həm Bakı voleybolçularına, həm də hakimlərə qarşı mübarizə apardıq. Bunu izah etmək çox çətindir. Belə “yaxşı komanda”nın dəstəyi olan halda qalib gəlmək üçün gərək rəqibindən 1 baş üstün olasan. Əks halda isə bu mümkünsüzdür”.

Vaxtilə “Bakı”da “Azəryol”un hazırkı məşqçisi Ancelo Vercesinin köməkçisi işləmiş Qaspari bildirib ki, məğlub olmalarına baxmayaraq, mərhələ adlamaq şansları yüksəkdir: “Təəssüf ki, biz az da olsa səhvlərə yol verdik. Əgər onlar omasa idi, yenə qalib gələ bilərdik. İstənilən halda, hər şey qaydasındadır. Səbirsizliklə növbəti 2 oyunu gözləyirik ki, həmin matçlarda mərhələ adlamaq vəzifəsini həll edək”.