İsrail yığması Bakıya gətirəcəyi heyəti açıqladı - FOTO
04.12.2013 - 11:50
İsrail yığması Bakıya gətirəcəyi heyəti açıqladı - FOTO
Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İsrail yığması ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Arye Selincer yanvarın 2-5-də Bakıda keçiriləcək qrup mərhələsi üçün 19 oyunçuya dəvət göndərib.

76 yaşlı hollandiyalı mütəxəssis təlim-məşq toplanışından sonra Darya Likaçenkova, Karolina Saada, Anna Veliki, Anita Qluk, Sofya Starikov, Şani Peham, Blanka Eros, Qalit Devaş, Adva Zinober, Moran Zur, Elvira Kolnoqorova, Tamar Steyn, Avital Yaloba, Ron Ponte, Qisela Rodriquez, Tatyana Artmenko, Anastasiya Şebotarov, İnbal Mesika və Karen Qluk arasında seçim edərək, yekun heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, heyətdə yer alan Artmenko ötən mövsüm “Lokomotiv”in şərəfini qoruyub və zədə səbəbindən ili vaxtından əvvəl başa vurub.