Həyat yoldaşı “Rabitə”də, özü “Azəryol”da - FOTO
04.12.2013 - 17:27
Həyat yoldaşı “Rabitə”də, özü “Azəryol”da - FOTO
Azərbaycan millisinin və “Azərreyl”in sabiq voleybolçusu Yelena Şabovta doğma komandasına dönüb. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis karyerasını “Azəryol”da davam etdirəcək.

Voleybolçu kimi çıxışını başa vurduqdan sonra Türkiyədə yaşayan Şabovta Bakı təmsilçisində menecer vəzifəsinə təyin edilib. O, buna kimi “Əczaçıbaşı”nda da eyni vəzifədə çalışmışdı.

Qeyd edək ki, Şabovtadan öncə həyat yoldaşı Kamil Söz də “Rabitə”yə məşqçi təyin olunub. Onların hər ikisi isə “Azəryol” “Azərreyl” adlanarkən burada çalışıb. Lakin Şabovta oyunçu olduğu halda, Söz məşqçi işləyib.