Rəqibimiz asan qələbə ilə liderə çevrildi
04.12.2013 - 18:17
Rəqibimiz asan qələbə ilə liderə çevrildi
Qadın voleybolçular arasında Çempionlar Liqasında “Rabitə”nin yer aldığı A qrupunda IV turun ilk görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, həmin matçda Azərbaycan çempionunun rəqiblərindən “Omiçka” (Rusiya) “Beziers”i (Fransa) qəbul edib.

Matç Omsk təmsilçisinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:9, 25:14, 25:17). Rusiya təmsilçisinin heyətində yer alan Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova oyunda 16 xal toplayaraq, bombardir olub. Bu qələbə “Omiçka”nı müvəqqəti də olsa liderliyə yüksəldib.

Omiçka
4
3
1
11-3
324-264
10
Rabitə
3
3
0
9-2
258-219
8
Dresdner
3
1
2
3-7
213-236
3
Beziers
4
0
4
1-12
247-323
0

Qeyd edək ki, “Rabitə” IV turun matçına sabah çıxacaq. Komandamız Almaniya “Dresdner”ini qəbul edəcək.