Çexlərlə oyunumuzun qəhrəmanı - FOTO
05.12.2013 - 09:58
CEV kubokunun 1/8 final mərhələsində “Azərreyl”in Çexiyanın “Olomouts” klubu ilə ilk oyununun ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qələbə qazandığı matçın qəhrəmanı Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova olub.
20 yaşlı perspektivli oyunçumuz komandasına 14 xal qazandırmaqla, bombardir adına yiyələnib. Aleksandr Çervyakovun digər yetirmələrindən Anastasiya Qurbanova 13, Dusanka Kariç 11, Yekaterina Jidkova 10, Qvendolin Ruker 5 və Lora Kitipova 3 xal toplayıb.
Qeyd edək ki, “Azərreyl”in cavab matçı dekabrın 12-də Çexiyada olacaq.

0
0