Rəqibimiz liderliyini möhkəmlətdi
05.12.2013 - 10:33
Rəqibimiz liderliyini möhkəmlətdi
Qadın voleybolçular arasında Çempionlar Liqasında “İqtisadçı”nın yer aldığı B qrupundan IV turun 1 qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin rəqiblərindən “Dinamo” (Moskva, Rusiya) “Srvena Zvezda”nı qəbul edib.

Qarşılaşma gözlənildiyi kimi şimal qonşularımızın qələbəsi ilə yekunlaşıb – 3:1 (25:14, 25:13, 22:25, 25:16). Bununla da moskvalılar turnir cədvəlində liderliklərini möhkəmlədiblər.

Dinamo (Moskva)
4
3
1
11-6
403-345
10
Pyaçentsa
3
2
1
7-4
261-226
6
İqtisadçı
3
2
1
7-5
261-257
5
Srvena Zvezda
4
0
4
2-12
249-346
0

Qeyd edək ki, “İqtisadçı” bu gün “Pyaçentsa”nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.