“Rabitə” pley-offda! - YENİLƏNİB
05.12.2013 - 18:15
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin IV turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan çempionu “Rabitə” Almaniya “Dresdner”ini qəbul edib.
Eldar Yusubovun yetirmələri səfərdə olduğu kimi, ölkəmizdə də rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Hələ uduzmadığı “Dresdner” üzərindəki bu qələbə “Rabitə”ni vaxtından əvvəl pley-offa çıxması ilə nəticələnib. Azərbaycan çempionu növbəti 2 turda yalnız qrup liderliyini qorumağa çalışacaq.
Matça gəlincə, Bakı təmsilçisi oyuna inamla başlayıb. “Rabitə”nin 4 xalından sonra “siftə” edən almanlar ilk texniki fasiləyə 4 top geridə çıxıblar. İkinci texniki fasilədə fərq 7-yə çatıb ki, bu da komandamızın seti 11 top irəlidə bitirməsi ilə yekunlaşıb.
Ardınca rəqib fəallaşıb. Onlar birinci texniki fasiləyə 1 top üstün yollandıqdan sonra fərqi 4-ə çatdırmağı da bacarıblar – 11:7. Amma “Dresdner”in bundan artığına gücü çatmayıb. “Rabitə” önə keçdikdən sonra xalları sıralayıb və ardıcıl 10 xalla seti aktivinə yazıb – 25:15.
Üçüncü hissədə isə “Rabitə” azarkeşlərinə daha xoş anlar yaşadıb. İstədiyi oyunu nümayiş etdirən Azərbaycan çempionu hər 2 texniki fasilədə öndə olub (8:5, 16:12) və bu dəfə seti 6 top irəlidə başa vurub.
Beləliklə, Çempionlar Liqasında 4-cü görüşündə 4-cü qələbəsini qazanan “Rabitə” artıq pley-offdadır!
Çempionlar Liqası
IV tur
5 dekabr
A qrupu
“Rabitə” (Azərbaycan) – “Dresdner” (Almaniya) - 3:0 (25:14; 25:15; 25:19)
Hakimlər: Mehmet Altıparmaq (Türkiyə), Stefan Qrieder (İsveçrə)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Rabitə | 4 | 4 | 0 | 12-2 | 333-267 | 11 |
Omiçka | 4 | 3 | 1 | 11-3 | 324-264 | 10 |
Dresdner | 4 | 1 | 3 | 3-10 | 261-311 | 3 |
Beziers | 4 | 0 | 4 | 1-12 | 247-323 | 0 |
0
0