Əfsanəvi məşqçi Bakı klubuna rəqib olur
05.12.2013 - 11:50
CEV kubokunda mübarizə aparan Bakının “Lokomotiv” və “Azərreyl” klublarının növbəti rəqiblərinin müəyyənləşəcəyi cütlərdə ilk oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, komandalarımız 1/4 mərhələsinə yüksələrsə, müvafiq olaraq, Polşa və Rusiya təmsilçiləri ilə qarşılaşa bilərlər.
Belə ki, bu ölkələrdən olan klublar ilk matçlarda rəqiblərini səfərdə məğlub ediblər. 1/8 final mərhələsində Çexiya “Olomouts”a 3:0 hesabı ilə qalib gələn “Azərreyl” növbəti mərhələdə “Uraloçka” ilə üz-üzə gələ bilər. Çünki əfsanəvi Nikolay Karpolun yetirmələri İsveçrədə “Köniz”i eynihesabla məğlub edib – 3:0 (25:20, 25:22, 26:24).
Bu gün “Hapoel”lə (Kfar Saba, İsrail) görüşəcək “Lokomotiv” bu səddi uğurla adlasa, “Şveçat” (Avstriya) – “Bank Fakro” (Polşa) cütünün qalibinə qarşı oynayacaq. Bu dueldə də qonaqlar qalib gəlməklə, cavab oyunu ərəfəsində böyük üstünlük əldə ediblər – 3:1 (22:25, 26:24, 25:16, 29:27).

0
0