“İqtisadçı”nın bacarmadığını “Lokomotiv” etdi - FOTO
05.12.2013 - 14:44
“Lokomotiv” CEV kubokunun 1/8 final mərhələsi öncəsi heyətini yeni voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ötən mövsümün gedişində “İqtisadçı”nın heyətinə qata bilmədiyi Çexiya millisinin voleybolçusu Tereza Matuşkova Rossini transfer ediblər.
31 yaşlı oyunçu ilə mövsümün sonuna kimi anlaşma əldə edilib. 2002-ci ildən yığmasının şərəfini qoruyan Tereza Bakı klubuna Türkiyənin “Beşiktaş” klubundan gəlib.
O, daha öncə “Ostrava” (Çexiya, 2002-2003), “Riom” (2003-2005), “Stade Français” (hər ikisi Fransa, 2005-2006), “Kalisiya” (Polşa, 2006-2007), “Roma” (2007-2008), “Yamamay” (2008-2009), “Minevra” (2009-2010), “Modena” (2010-2011), “Krema” (hamısı İtaliya, 2012-2013) və “Seul” (Koreya, 2011-2012) klublarını şərəfini qoruyub. 190 sm boya malik Tereza 2007-ci ildə Polşada çempionu və kubokunun sahibi olub.
Qeyd edək ki, az öncə Anna Qrbaç (Xorvatiya) və Milena Radeçkanı (Polşa) da rənglərinə bağlayan “Lokomotiv” mövsümə argentinalı Kladio Kuellanın rəhbərliyi altında Mariya Filipova (Bolqarıstan), Vera Klimoviç (Belarus), Aleksandra Samoylova (Rusiya), Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Lauren Gibbemeyer, Uitni Dosti (hər üçü ABŞ), Sa-Ni Kim (Cənubi Koreya), Gizem Giraygil (Türkiyə), Katarina Barun (Xorvatiya), Suzana Sebiç (Serbiya) və Prisilla Rivera (Dominikan Respublikası) ilə başlamışdı.

0
0