Fersola da “azərbaycanlı” oldu!
05.12.2013 - 17:00
Fersola da “azərbaycanlı” oldu!
“İqtisadçı” voleybol klubu Çempionlar Liqasının IV turu çərçivəsində “Pyaçentsa” (İtaliya) ilə oyundan öncə növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, A seriyasının qalibinə Bakıda 1:3 hesabı ilə uduzan komandamız Dominikan Respublikası millisinin blokçusu Marianna Fersola ilə anlaşıb.

21 yaşlı voleybolçu ilə hələlik ilin sonuna kimi müqavilə bağlanıb. 190 sm boya malik Fersola Bakı klubuna gəlinədək, ölkəsindən başqa, İspaniya və Peruda legioner həyatı yaşayıb. O, “İqtisadçı”da 11 nömrəli formanı geyinəcək.

Bu gün “Pyaçentsa” ilə cavab görüşünə Fersola ilə yanaşı, komandanın digər yeni transferi Romina Lamas (Argentina) da meydana çıxa bilər. Buna kimi isə komandanın heyətində Kiuyue Vey, Ma Yun Ve, Li Çanq (hamısı Çin), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya), Kim Vilouqbi, Ariel Uilson (hər ikisi ABŞ), Lenka Dürr (Almaniya), Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva (hamısı Tailand) yer almışdı.