Gümüş mükafatçımız: 1 getdi, 1-i də yol üstə
05.12.2013 - 17:05
Gümüş mükafatçımız: 1 getdi, 1-i də yol üstə
“İqtisadçı”nın mövsümün gedişində yollarını ayırdığı ilk voleybolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı olan “universitet komandası” 32 yaşlı italiyalı Valentina Serena ilə vidalaşıb.

Toppaylayıcı ilə müqavilə mövsümün sonuna kimi olsa da, buna qarşılıqlı şəkildə xitam verilib. Əsasən ehtiyatda qalan Serenanın gedişinə eyni mövqedə oynayan argentinalı Romina Lamasın transferi səbəb olub.

Cənubi amerikalının keçidi ilə “İqtisadçı”da oyun qurucularının sayı 3-ə çatıb ki, baş məşqçi Bülənt Karslıoğlu da çinli Kiuyue Veyi komandada saxlamağı lazım bilib.

Qeyd edək ki, komandada yeganə Azərbaycan voleybolçusu İndira Abdullayevanın da “İqtisadçı”dan ayrılması istisna deyil.