Azərbaycan çempionunun ən yaxşısı - FOTO
05.12.2013 - 18:38
Azərbaycan çempionunun ən yaxşısı - FOTO
Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Rabitə” (Azərbaycan) - “Dresdner” (Almaniya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri bu dəfə Aurea Kruz olub.

Puerto-rikalı hücumçumuz komandasına 17 xal qazandırıb. Eldar Yusubovun digər yetirmələrindən Katarjina Skovronska 13, Kersti Cekson 11, Sanya Staroviç 9, Nataşa Krsmanoviç 6 və Katarjina Skorupa 5 xal toplayıb.

Rəqibin heyətində isə Rebekka Perri məhsuldar olub. Onun 11 zərbəsi “Dresdner”ə xal qazandırıb.

Qeyd edək ki, “Rabitə” ilk matçda da almanlara 3:0 hesabı ilə qalib gəlmişdi. Bu qələbə isə komandamızın vaxtından əvvəl pley-offa yüksəlməsi ilə nəticələnib.