“Azəryol”un qənimi dəyişmədi - FOTO
11.12.2013 - 09:45
Çempionlar Liqasının V turu çərçivəsində keçirilmiş “Qalatasaray” – “Azəryol” oyununda ən çox xal toplayan voleybolçuların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun 3:2 hesabı ilə qalib gəldiyi görüşdə bombardir yenə rəqib oyunçu olub.
Belə ki, ötən mövsüm “Rabitə” ilə Azərbaycan çempionu olan Madelayne Montano bu dəfə İstanbul təmsilçisinin heyətində “Azəryol”a qənim kəsilib. 3:1 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada 22 xal toplayan kolumbiyalı legioner bu dəfə “Qalatasaray”a 27 xal qazandırıb.
“Azəryol”da isə xüsusi fərqlənən olmayıb. Komandamızın heyətində Odina Əliyeva və Malqareta Kozux hərəyə 17 xal yığmıblar. Digər voleybolçularımıza gəlincə, Anneris Varqas 13, Kseniya Kovalenko 9, Çyara di Yulio 7, Polina Rəhimova 5, Yuside Sillie, Cessika Cons və Oksana Parxomenko hərəyə 3 və Natavan Qasımova 1 xal toplayıb.

0
0