“Onlar öz oyununu göstərə bilmədi”
11.12.2013 - 09:49
“İqtisadçı” ilə oyunda revanş almağın məmnunluğunu yaşayırıq. Amma Bakıda xal itirdiyimiz üçün təəssüflənirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın qadın voleybolçulardan ibarət “Dinamo” klubunun baş məşqçisi Svetlana İliç deyib.
Moskva təmsilçisinin baş məşqçisi Çempionlar Liqasının Bakı “İqtisadçı”sı ilə oyunu haqda fikirlərini açıqlayıb. Növbəti mərhələyə adlayan rusiyalıların çalışdırıcısı 3:0 hesablı qələbədən məmnun qalıb: “Son vaxtlar üzərində çalışdıqlarımızı bu gün meydanda gerçəkləşdirə bildik. Bu qarşılaşmada komanda oyununu göstərə bildik. Məhz bunun da sayəsində Azərbaycan təmsilçisinin liderlərinin özünü göstərməsinə imkan vermədik. Onlar isə öz oyunlarını göstərə bilmədi”.

0
0