“İqtisadçı” üçün qarşısıalınmaz
11.12.2013 - 10:20
Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Dinamo” - “İqtisadçı” matçında ən çox xal toplayan voleybolçuların müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Moskva klubunun darmadağını ilə başa çatan (3:0) qarşılaşmanın bombardiri yenə Natalya Obmoçayeva olub. Rusiyalı voleybolçu “tələbələr”dən 22 xal alıb. O, ilk matçda komandasına 27 xal qazandırmışdı.
“İqtisadçı”nın isə yenə ən məhsuldar oyunçusu Manon Flier olub. Hollandiyalı legionerimiz bu dəfə də komandada hamıdan çox xal toplayıb - 9. Digər voleybolçularımızdan - Ma Yun Ve və Onuma Sittirak hərəyə 7, Vilavan Apinyaponqla Pleumjit Zinkaov hərəyə 5, Kim Vilouqbi 3, Kiuyue Veylə Marianna Fersola hərəyə 1 xala sevinib.

0
0