“Hər şeydə “İqtisadçı”dan güclüyük”
11.12.2013 - 10:15
“Hər şeydə “İqtisadçı”dan güclüyük”
“İqtisadçı” üzərində qələbə bizə sırf psixoloji cəhətdən lazım idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın qadın voleybolçulardan ibarət “Dinamo” klubunun oyunçusu Natalya Obmoçayeva deyib.

Moskva təmsilçisinin lideri Çempionlar Liqasının qrup mərhələsinin V turunun Bakı “İqtisadçı”sı ilə oyunu haqda fikirlərini açıqlayıb. Qarşılaşmanın ən məhsuldar voleybolçusu olan Obmoçayeva 3:0 hesablı qələbənin səbəbini izah edib: “Azərbaycandakı oyunda çox üzücü məğlubiyyət almışdıq. Bu gün də əvəzini çıxmaq istəyirdik. Matça çox yaxşı əhval-ruhiyyə ilə çıxmışdıq. Meydanda da hər şey alınırdı. Hesab edirəm ki, bütün elementlərdə, hər şeydə rəqibdən güclüyük. Bunun da nəticəsində qalib gəldik”.