“Azərbaycan klubu ilk setdən sonra dayandı”
11.12.2013 - 10:33
“Biz bu qarşılaşmaya hər cəhətdən – həm mənəvi, həm fiziki, həm taktiki baxımdan çox ciddi hazırlaşmışdıq. “İqtisadçı” bu dəfə öz meydanında oynadığı kimi çıxış etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moskva “Dinamo”sunun voleybolçusu Yuliya Morozova deyib.
Rusiyalı oyunçu qadınlar arasında Çempionlar Liqasının V turunun “İqtisadçı” ilə görüşü haqda fikirlərini açıqlayıb. Yuliya Bakı təmsilçisinin yalnız ilk setdə müqavimət göstərdiyini bildirib: “Azərbaycan klubu ilk setdə uduzduqdan sonra demək olar ki, dayandı. Onlar tərəfindən nə mübarizə var idi, nə də emosiyalar. Bu da bizim xidmətimiz idi. Onları blokda bağladıq, hücumda yaxşı çıxış etdik, həm müdafiə, həm də hücumumuz yaxşı idi. Elə buna görə də rəqib əllərini yanına salmışdı”.
Qeyd edək ki, “Dinamo” “İqtisadçı”nı 3:0 hesabı ilə məğlub edib.

0
0