“Lokomotiv” 1/4 finalda! - YENİLƏNİB
11.12.2013 - 22:30
Bu gün qadın voleybolçular arasından CEV kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmada İsrailin “Hapoel” klubuna 3:0 hesabı ilə qalib gələn “Lokomotiv” ikinci görüşünə Kfar Sabada deyil, Raananada çıxıb.
Komandamız gözlənildiyi kimi səfərdə də rəqibinə heç bir şans verməyib. İlk seti 7 top irəlidə bitirən voleybolçularımız növbəti hissələrdə rəqibinə daha çətin anlar yaşadıb. Belə ki, ikinci seti 25:14 hesabı ilə aktivinə yazan Bakı təmsilçisi ardınca ev sahiblərini 25:11 hesabı ilə məğlub edib.
Beləliklə, CEV kubokunda itkisiz irəliləyən “Lokomotiv” 1/4 finala yüksəlib. Bu mərhələdə komandamızın rəqibi Polşanın “Bank Fakro” klubu olacaq. Avrokubokda iddialı çıxış edən təmsilçimiz bu mərhələnin ilk qarşılaşmasına yanvarın 14-16-da səfərdə, cavab görüşünə 1 həftə sonra Bakıda çıxacaq.
CEV kuboku
1/8 final mərhələsi, cavab oyunu
11 dekabr
“Hapoel” (İsrail, Kfar Saba) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (18:25, 14:25, 11:25)
Hakimlər: Erjon Mujo (Albaniya), Veronika Papadopol (Rumıniya)
Raanana, “Metrovest” İdman Sarayı
İlk oyun
“Lokomotiv” (Azərbaycan) - “Hapoel” (İsrail, Kfar Saba) - 3:0 (25:16; 25:19; 25:14)

0
0