Polşa klubu Azərbaycan komandasını gözləyir
11.12.2013 - 10:54
CEV kubokunun 1/4 finalında “Lokomotiv”in potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi mərhələ adlayarsa Polşanın “Bank Fakro” klubu ilə qarşılaşacaq.
İlk matçda “Şveçat”a (Avstriya) 3:1 hesabı ilə qalib gələn polşalılar cavab oyununda da qələbə qazanıblar – (25:22, 26:24, 25:8). Onlar bununla da adını 1/4 finala yazdıran ilk komanda olublar.
Qeyd edək ki, ilk matçda İsrail “Hapoel”ini (Kfar Saba) 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” cavab oyununa bu gün çıxacaq.

0
0