“Qalatasaray” Bakıda haqsızlıqla üzləşsə də... - FOTOSESSİYA
11.12.2013 - 11:11
“Qalatasaray” Bakıda haqsızlıqla üzləşsə də... - FOTOSESSİYA
Çempionlar Liqasının V turu çərçivəsində “Azəryol” “Qalatasaray”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, hesabda 2 dəfə öndə olan Bakı təmsilçisi tay-brekdə məğlubiyyətlə barışıb.

Bu, komandamız üçün heç də gözlənilən olmayıb. Çünki matçın baş hakimi rumıniyalı Alin Mateyzer əvvəlcə Ancelo Vercesinin yetirmələrini qalib edən fiti çalıb. Hətta voleybolçularımız 15:13 hesablı qələbə münasibəti ilə bir-birlərini təbrik də ediblər. Lakin sonradan “Qalatasaray” voleybolçularının və baş məşqçisi Massimo Barbolini ədalət təmsilçisinin “ədalətsizliyini” üzə çıxarıb. Nəticə Mateyzer qərarını dəyişib. Hesab 14:14 olduqdan sonra isə türklər 2 dəqiq zərbə ilə matçın qalibi olublar. Bu qələbə onların pley-offa çıxmasını rəsmiləşdirib.