Çempionlar Liqasında tamam, avrokuboka davam!
11.12.2013 - 11:53
Çempionlar Liqasında “İqtisadçı”nın yer aldığı B qrupundan V turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin rəqiblərindən “Pyaçentsa” (İtaliya) “Srvena Zvezda”nın (Serbiya) qonağı olub.
Görüş A seriyasının qalibinin qələbəsi ilə başa çatıb – 3:1 (25:18, 21:25, 25:19, 25:15). Nəticədə qrupda bütün komandaların taleyinə aydınlıq gəlib. Belə ki, son turun qarşılaşmalarından asılı olmayaraq, “Dinamo” və “Pyaçentsa” pley-offa yüksəldiyi halda, “İqtisadçı” CEV kubokunda iştirak hüququ qazanıb. “Srvena Zvezda” isə mübarizəni dayandırıb.
Burada VI tur yalnız qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, V turda “İqtisadçı” “Dinamo”ya 0:3 hesabı ilə uduzub.

Dinamo (Moskva) | 5 | 4 | 1 | 14-6 | 478-403 | 13 |
Pyaçentsa | 5 | 4 | 1 | 13-5 | 433-364 | 12 |
İqtisadçı | 5 | 2 | 3 | 7-11 | 380-408 | 5 |
Srvena Zvezda | 5 | 0 | 5 | 3-15 | 326-442 | 0 |

0
0