İranlılar Messidən üzr istədi
12.12.2013 - 00:03
İran Futbol Federasiyasının prezidenti Əli Kafaşiyan Argentina millisinin və “Barselona”nın ulduz futbolçusu Leonel Messidən üzr istəyib. Apasport.az saytının məlumatına görə, yerli “Tahran Times” qəzetinə danışan Kafaşiyan federasiyanın “Facebook” səhifəsində bəzi iranlıların Messi əleyhinə təhqir dolu və arzuolunmaz ifadələr işlətdiyinə görə məyus olduğunu deyib:
“İran Futbol Federasiyası və İran futbol camiyəsi adından Messidən üzr istəyirəm”.
Qeyd edək ki, İran 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının F qrupunda Argentina, Bosniya və Herseqovina və Nigeriya ilə birgə mübarizə aparacaq. Püşkatmadan sora 40 mindən çox iranlı azarkeşlər Messi əleyhinə təhqir dolu cümlələr yazmışdı. Əli Kafaşiyandan başqa bəzi yerli futbolsevərlər də argentinalı hücumçudan üzr istəyib.

0
0