Pike “Barselona”nın tarixinə düşdü
12.12.2013 - 02:33
“Barselona”nın müdafiəçisi Xerard Pike ötən gün keçirilən Çempionlar Liqasının qrup matçında “Seltik”in qapısına 1 qol vuraraq klubun tarixinə düşüb. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, 7-ci dəqiqədə toru silkələyən təcrübəli futbolçu bununla da Kataloniya təmsilçisinin beynəlxalq görüşlərdəki 1000-ci qoluna imza atıb.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Pike 2008-ci ildən “Barselona”da çıxış edir.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Pike 2008-ci ildən “Barselona”da çıxış edir.
0
0