Azərbaycan çempionunun ən yaxşıları - FOTO
12.12.2013 - 10:15
Azərbaycan çempionunun ən yaxşıları - FOTO
“Rabitə”nin Çempionlar Liqasının V turunda qələbəsinin memarı bəlli olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin “Beziers”ə (Fransa) 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Katarjina Skovronska olub.

Belə ki, polşalı ulduz voleybolçu Super Liqanın qalibinə 20 xal qazandırmaqla, görüşün bombardiri adına yiyələnib. Eldar Yusubovun digər yetirmələrindən Reyçel Rurk 19, Aurea Kruz 15, Nataşa Krsmanoviçlə Kersti Cekson hərəyə 10, Nutsara Tomkom 2 və Katarjina Skorupa 1 xal toplayıb.

Rəqibin heyətində isə yenə Yelena Şleç fərqlənib. Onun 19 zərbəsinin qarşısıalınmaz olub.