“Konegliano”dan “Azəryol”a daha bir zərbə
12.12.2013 - 10:55
“Konegliano”dan “Azəryol”a daha bir zərbə
Çempionlar Liqasında “Azəryol”un yer aldığı E qrupunda V turun digər matçı da başa çatıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısının rəqiblərindən “Konegliano” “Yamamay”ı qəbul edib.

İtaliya klublarının duelində isə ev sahibləri asan qələbə qazanıblar – 3:0 (25:20, 25:15, 26:24). Bu qələbədən sonra “Azəryol”un işi daha da çətinləşib. Çünki mərhələ adlamaq üçün son turda Bakı təmsilçisi səfərdə “Yamamay”dan 3 xal almalı, “Konegliano” isə İstanbulda “Qalatasaray”a 0:3 hesabı ilə uduzmalıdır.

Əks halda, Ancelo Vercesinin yetirmələri ən yaxşı üçüncü yer kimi pley-offa ümid edə bilər. O da ki, gərək mərhələ adlayan komandalardan hansısa “Dördlər finalı”na ev sahibliyi etmək hüququ verilsin.

Qalatasaray
5
4
1
14-6
473-427
12
Konegliano
5
4
1
13-8
491-447
10
Azəryol
5
2
3
11-12
501-519
7
Yamamay
5
0
5
3-15
358-430
1

Qeyd edək ki, “Azəryol” “Qalatasaray”a 2:3 hesabı ilə uduzduğundan taleyi İtaliya klublarından asılı vəziyyətə düşüb.