“Bu, bizim üçün yaxşı bir dərs oldu” - FOTO
12.12.2013 - 11:08
“Bu, bizim üçün yaxşı bir dərs oldu” - FOTO
“Biz növbəti dəfə gördük ki, Çempionlar Liqasında çıxış edən hər bir komandanı ciddi qəbul etmək lazımdır. Çünki konsentrasiyanın azca aşağı düşməsi də nəticəyə təsir edə bilər”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Eldar Yusubov deyib.

O, komandasının Çempionlar Liqasında Fransa “Beziers”i ilə oyununu şərh edib. “Rabitə”nin autsayderlə görüşün ikinci setində uduzması və dördüncü hissədə məğlubiyyətdən qaçması isə Yusubovu heç də razı salmayıb: “Düşünürəm ki, bu, bizim üçün yaxşı bir dərs oldu. Nəhayət, yetirmələrim final fitinə kimi oyuna davam etməyi başa düşdülər. Əks halda, qarşılaşma başqa hesabla da başa çata bilər”.

Qeyd edək ki, “Rabitə” ardıcıl 5-ci qələbəsini qazanmaqla avrokubokda itkisiz irəliləyir.