Əfsanəvi məşqçi Bakı klubunu gözləyir
12.12.2013 - 11:47
Əfsanəvi məşqçi Bakı klubunu gözləyir
CEV kubokunun 1/4 final mərhələsində “Azərreyl”in potensial rəqibi bilinib. Apasport.az saytının məlumatına görə, Çexiyanın “Olomouts” klubunun qonağı olacaq “dəmiryolçular” 1/8 final mərhələsini adlayacaqları halda, Rusiyanın “Uraloçka” klubu ilə qarşılaşacaqlar.

Belə ki, Yekaterinburq təmsilçisi artıq hər 2 görüşünü başa vurub. Əfsanəvi məşqçi Nikolay Karpolun komandası öncə İsveçrədə, ardınca Rusiyada “Köniz”ə voleybol dərsi keçib – 3:0, 3:0.

“Olomouts”a paytaxtımızda 3:0 hesabı ilə qalib gələn Bakı klubu isə ikinci matçını bu gün keçirəcək.

Qeyd edək ki, komandamız mərhələ adlayacağı halda ilk oyununa yanvarın 14-16-da Bakıda, cavab görüşünə 1 həftə sonra səfərdə çıxacaq.