“Omiçka” yenə “Rabitə”dən geridə
12.12.2013 - 11:54
“Rabitə”nin Çempionlar Liqasında yer aldığı A qrupunda “Dresdner” (Almaniya) “Omiçka”nı (Rusiya) qəbul edib. Apasport.az saytının məlumatına görə, qarşılaşma qonaqların 3:1 hesabı qələbəsi ilə başa çatıb.
Belə ki, almanlar ilk seti qazansalar da, bunun ardını gətirə bilməyiblər – 1:3 (25:21, 25:15, 25:20, 25:18). Omsk təmsilçisinin heyətində yer alan Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova isə qarşılaşmada 8 xal toplayıb.
Beləliklə, V turdan sonra turnir cədvəlinə yenə “Rabitə” başçılıq edir. Komandamız axırıncı oyununda “Omiçka” ilə üz-üzə gələcək. Hər 2 klub artıq pley-offa vəsiqəni təmin etsə də, matç liderlik üçün əhəmiyyətlidir.
Qeyd edək ki, “Rabitə” V turda Fransa “Beziers”inə 3:1 hesabı ilə qalib gəlib.

Rabitə | 5 | 5 | 0 | 15-3 | 433-342 | 14 |
Omiçka | 5 | 4 | 1 | 14-4 | 420-342 | 13 |
Dresdner | 5 | 1 | 4 | 4-13 | 339-407 | 3 |
Beziers | 5 | 0 | 5 | 2-15 | 322-423 | 0 |

0
0