“Azərreyl” mərhələ adladı - YENİLƏNİB
12.12.2013 - 22:10
“Azərreyl” mərhələ adladı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə Bakı “Azərreyl”i Çexiyada “Olomouts” klubunun qonağı olub.

Qarşılaşmada komandamızın asan qələbə qazanacağı gözlənilsə də, bu, belə olmayıb. Belə ki, ilk 2 hissədə rəqib fəallıq nümayiş etdirib və 2:0 hesabı ilə önə keçib.

Lakin voleybolçularımız bundan “sınmayıb”. Əksinə, onlar daha iddialı təsir bağışlayaraq, üçüncü setdə fərqi azaldıb – 2:1. Bundan sonra isə rəqibi önə keçməyə peşman edən “dəmiryolçular” hissəni 12 top irəlidə bitiriblər.

Bakı təmsilçisi tay-brek də inamlı təsir bağışlayıb. Bu dəfə onların 15 dəqiq zərbəsinə “Olomouts” 10 topla cavab verib. Nəticədə 3:2 hesablı əzmkar qələbə qazanan voleybolçularımız çexiyalılara bir daha gücünü sübut edib.

Beləliklə, “Lokomotiv”in ardınca “Azərreyl”də adını 1/4 final mərhələsinə yazdırıb. Komandamız bu mərhələdə Rusiya “Uraloçka”sı ilə qarşılaşacaq. İlk oyun yanvarın 14-16-da Bakıda, cavab görüşü isə 1 həftə sonra səfərdə olacaq.


CEV kuboku
1/8 final mərhələsi, cavab oyunu

“Olomouts” (Çexiya) - “Azərreyl” (Azərbaycan) - 2:3 (27:25, 25:22, 19:25, 13:25, 10:15)
Hakimlər: Antonio Erçe Alvarez (İspaniya), Hari Salabaşyan (Bolqarıstan)
Olomouts, “Univerzita” İdman Sarayı


İlk oyun
4 dekabr

“Azərreyl” (Azərbaycan) - “Olomouts” (Çexiya) - 3:0 (25:21; 25:19; 25:20)