Sanya Staroviç: Bunu ehtiyacımızın yarandığı vaxtda bacardıq
12.12.2013 - 12:51
Sanya Staroviç: Bunu ehtiyacımızın yarandığı vaxtda bacardıq
“Rabitə”nin kapitanı Sanya Staroviç Çempionlar Liqasının V turunda Fransanın “Beziers” ilə qarşılaşmaya münasibət bildirib. Apasport.az saytının məlumatına görə, serbiyalı hücumçu 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada heç də ən yaxşı oyunlarını keçirmədiklərini deyib.

Staroviçin sözlərinə görə, buna baxmayaraq lazımı anda toparlanıb, xal itkisindən qaça biliblər: “Biz “Beziers”ə qarşı heç də yaxşı oynamadıq. Amma xarakter nümayiş etdirə bildik. Özü də bunu ehtiyacımızın yarandığı vaxtda bacardıq”.