Azərbaycan çempionuna diaspora dəstəyi
12.12.2013 - 14:28
“Rabitə” Çempionlar Liqasının son oyununda tək qalmayacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun Rusiyanın “Omiçka” klubu ilə liderlik savaşını 300-dən artıq həmyerlimiz izləyəcək.
Belə ki, Omsk vilayətində yaşayan Azərbaycan diasporası qrupda 1-ci yerin taleyinə aydınlıq gətirəcək qarşılaşmada Bakı təmsilçisinə dəstək olacaq. Onlar yarışın keçiriləcəyi Viktor Blinov adına İdman-Konsert Kompleksi milli geyimdə və milli atributlarla gələcəklər.
Qeyd edək ki, VI turun oyunu dekabrın 17-nə təsadüf edəcək. Görüşə bilet isə 80-150 rubl (1,92 - 3,60 manat) arasında dəyişir.

0
0