“Qalatasaray”a həm məğlubiyyət verildi, həm 1 xalını sildilər
13.12.2013 - 10:11
Türkiyə Voleybol Federasiyası qadınlar arasında Superliqada yarımçıq dayandırılan “Fənərbaxça” – “Qalatasaray” oyunu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qərar “Azəryol”un Çempionlar Liqasındakı rəqibinin əleyhinə olub.
Belə ki, “Qalatasaray”a azarkeşlərinin kobud rəftarı səbəbindən 0:3 hesablı məğlubiyyət verilib. Bu azmış kimi, “sarı-qırmızılar”dan 1 xal da alınıb. Həmçinin, komandanın qarşıdakı 2 görüşü azarkeşsiz keçiriləcək və “Qalatasaray” əlavə olaraq 10 min TL də cərimə ödəyəcək.
Nəticədə “Fənərbaxça” xalını 27-yə çatdırıb və “sarı-qırmızılar”ın xalı 20-yə enib. Buna baxmayaraq, hər 2 qarşılaşmada “Azəryol”a qalib gələn komanda Superliqada 4-cü pillədəki yerini qoruyub.
Qeyd edək ki, “Qalatasaray” azarkeşləri “Fənər”lə oyunun üçüncü hissəsində hesab 13:23 olan zaman ikinci dəfə meydana girmişdilər. Həmçinin, onların söyüşlərin ardının kəsilmədiyini görən baş hakim Ərdal Akınçı görüşü yarımçıq saxlamaq məcburiyyətində qalmışdı.

0
0