“Azəryol” – yaxşı yol!
13.12.2013 - 14:49
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin V turunun görüşlərindən sonra mərhələ adlayan daha 6 komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, son turun nəticəsindən asılı olmayaraq, “Dinamo” (Moskva, Rusiya), “Pyaçentsa”, “Konegliano” (hər ikisi İtaliya), “Qalatasaray” (Türkiyə), “Kann” (Fransa) və “Volero” (İsveçrə) pley-offa vəsiqəni rəsmiləşdiriblər.
“Qalatasaray”ın ardınca İtaliya təmsilçisi “Konegliano”nun vəsiqəni təmin etməsi isə “Azəryol”u çətin vəziyyətdə qoyub. Belə ki, bakılılar qrup ikincisi kimi pley-offa yüksəlmək şansını rəsmən itiriblər. Çünki son turun nəticələrindən asılı olaraq, ən yaxşı halda “Konegliano” ilə eyni xala malik olacaq komandamız əlavə göstəricilərdə onlardan geri qalacaq.
Belə olan halda, Ancelo Vercesinin yetirmələri yalnız qrup üçüncüsü kimi qrup mərhələsini adlamağa ümid edə bilər. Bu da “Dördlər finalı”nı keçirmək hüququnun ilk 2 yer sahibi olan 12 klubdan birinə veriləcəyi halda mümkün olacaq. Çünki həmin ev sahibini pley-offda ən yaxşı 3-cü yerin sahibi əvəzləyəcək. Hazırkı vəziyyətdə isə “Azəryol” həmin vəsiqəyə ən real namizəd sayılır. Onlar qrup autsayderi “Yamamay”a 3:0 və 3:1 hesabı ilə qalib gəlməklə, digər nəticələrdən asılı olmayaraq mərhələ adlaya bilər.
Qeyd edək ki, yuxarıda adları çəkilən 6 komanda ilə püşkatmanı gözləyən klubların sayı 11-ə çatıb. Onlardan öncə “Rabitə” (Azərbaycan), “Omiçka”, “Dinamo” (Kazan, Rusiya), “Vakıfbank” və “Əczaçıbaşı” (Türkiyə) da eyni uğura imza atmışdı.
İkinci yerin sahibi kimi mərhələ adlayacaq son vəsiqənin isə Polşa “Atom”unun olacağı gözlənilir. Evdə Rumıniya “Dinamo-Rimprest”i ilə son turun qarşılaşmasında onlara 1 xal da kifayətdir.

0
0