Kişilər, voleybola!
13.12.2013 - 17:08
Azərbaycan Voleybol Federasiyası kişilərin ölkə çempionatını bərpa edib. Apasport.az saytının məlumatına görə, son illərdə formal keçirilən yarış bu dəfə 84 komandanın iştirakı ilə baş tutacaq.
Belə ki, indiyə kimi belə şey olmasa da, bu dəfə hər rayonu təmsil edəcək komanda 8 zona üzrə gücünü yoxlayacaq. Ardınca hər zonanın qalibi növbəti mərhələyə vəsiqə qazanacaq və burada hərəsində 4 komanda olmaqla 2 qrup formalaşacaq. Sonra isə qruplar tutduqları yerə əsasən pley-off və final mərhələsində gücünü yoxlayacaqlar.
İlkin olaraq, Kürdəmir, Bakı, Naxçıvan və Gəncə zonaları üzrə yarışlar baş tutacaq. Oyunların keçirilmə tarixi və yeri aşağıdakı kimidir:
16-19 dekabr - Kürdəmir şəhəri. (Olimpiya İdman Kompleksi)
18-21 dekabr - Bakı şəhəri. (Slavyan universitetinin İdman zalı)
19-23 dekabr - Naxçıvan MR. (Olimpiya İdman Kompleksi)
19-23 dekabr - Gəncə şəhəri. (Gəncə Dövlət Universiteti)
Qeyd edək ki, çempionatın bu səviyyədə geniş əhatə olunması yeni millinin formalaşması üçün hesablanıb. Burada kəşf olunacaq istedadların Bakı-2015-ə qədər lazımı formaya düşməsi də vacib amillərdəndir.

0
0