Yığmamız bu dəfə Estoniyaya qalib gəlib, Belarusa uduzdu
14.12.2013 - 10:18
Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) növbəti çempionatına davam edir. Apasport.az saytının məlumatına görə, 1998-1999 təvəllüdlü qızlar arasında Litvanın Kaunas şəhərində keçirilən turnirin ikinci günündə də Azərbaycan millisi 2 qarşılaşmaya çıxıb.
İlk 2 turda Latviyaya qalib gəlib (3:2), Polşaya (0:3) uduzan komandamız yenə bir qələbəyə sevinib, bir məğlubiyyətə isə üzülüb. Belə ki, günün birinci görüşündə Estoniya voleybolçularını sınağa çəkən millimiz rəqibindən üstün olub - 3:1 (25:22, 18:25, 25:19, 25:9). Lakin onlar ardınca Belarusa eynihesablı məğlubiyyətdən qaça bilməyiblər – 1:3 (25:23, 21:25, 11:25, 16:25).
Beləliklə, komandamız qrup mərhələsini 5 xalla qrupda üçüncü yeri tutub. Voleybolçularımız növbəti görüşlərində digər qrupun nəticəsindən asılı olaraq, ya Rusiya, ya da Litva – Latviya cütünün qalibi ilə oynayacaq.

0
0