“İqtisadçı” mövqeyini qorudu - YENİLƏNİB
14.12.2013 - 18:42
Bu gün qadın voleybolçular arasında Super Liqanın V turunun qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində keçirilən ilk oyun günündə 1 görüş baş tutub.
Görüşdə “İqtisadçı” “Telekom”u sınağa çəkib. Son 2 turda avrokubok qarşılaşmalarına görə oyunları təxirə salınan “tələbələr” matçı qələbə ilə başa vurublar.
Düzdür, ilk seti “Telekom” aktivinə yazıb. Lakin gənclərdən qurulan komandanın bundan artığına gücü çatmayıb. Ardınca hər 3 setdə inamlı oynayan Bülənt Karslıoğlunun yetirmələri 3:1 hesabı ilə qalib gəliblər. Onlar bununla da ikinci pillədəki yerlərini qoruyublar.
V tur
14 dekabr
“İqtisadçı” – “Telekom” - 3:1 (19:25, 25:15, 25:19, 25:19)
Qeyd edək ki, turun sabah baş tutacaq digər matçında “Lokomotiv” “Azəryol”la üz-üzə gələcək. Bu dəfə isə “Azərreyl” – “Rabitə” qarşılaşması təxirə salınıb.

Rabitə | 3 | 3 | 0 | 9-1 | 253-195 | 9 |
İqtisadçı | 3 | 3 | 0 | 9-3 | 280-242 | 8 |
Azəryol | 3 | 2 | 1 | 7-6 | 286-295 | 5 |
Azərreyl | 4 | 1 | 3 | 7-9 | 356-362 | 5 |
Lokomotiv | 4 | 1 | 3 | 5-9 | 275-321 | 4 |
Telekom | 5 | 1 | 4 | 5-14 | 392-427 | 2 |

0
0