Yığmamız Ketterinqə gedəcək
14.12.2013 - 11:33
Yığmamız Ketterinqə gedəcək
Voleybol üzrə Azərbaycan yığmasının (U-20) Avropa çempionatının ilkin mərhələsində oyunlarını keçirəcəyi məkanın adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, kubalı Sillie Tabares Leonardonun çalışdırdığı oğlanlardan ibarət millimiz İngiltərənin Ketterinq şəhərində gücünü yoxlayacaq.

Ev sahibləri və Norveçlə qarşılaşacaq komandamız oyunlarına bu şəhərdə yerləşən Milli Voleybol Mərkəzində çıxacaqlar.

Qeyd edək ki, yanvarın 3-5-də olacaq ilkin mərhələdə bu 3 yığmadan yalnız biri çempionatla vidalaşacaq.