Bir oyunun saatı dəyişdirildi
14.12.2013 - 13:13
Bir oyunun saatı dəyişdirildi
Azərbaycan Super Liqasının V turunda 1 oyunun vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” – “Azəryol” matçı nəzərdə tutulan vaxtda başlamayacaq.

Oyun qarşılıqlı razılaşmaya əsasən 1 saat irəli çəkilib və saat 16:00-da start götürəcək.

Qeyd edək ki, oyun sabah Voleybol Mərkəzində olacaq.