Azərbaycan çempionu Rusiyaya yollanır
14.12.2013 - 13:42
Azərbaycan çempionu Rusiyaya yollanır
Azərbaycan çempionu “Rabitə” sabah Rusiyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin səfərində məqsəd Çempionlar Liqasının son turu çərçivəsində Omsk vilayətinin “Omiçka” klubu ilə oyunudur.

Belə ki, komandamız sabah 16:10-da Moskvaya, oradan isə Omska gedəcək. “Rabitə”nin Bakını tez tərk etməsi Rusiyada uyğunlaşmaya hesablanıb.

Qeyd edək ki, “Omiçka” ilə görüş Eldar Yusubovun komandası üçün mühüm əhəmiyyət kəsb edir. Çünki voleybolçularımız qalib gələcəkləri halda qrup mərhələsini qalib kimi başa vuracaqlar.