“Qalatasaray”dan darmadağın
14.12.2013 - 16:48
“Qalatasaray”dan darmadağın
Qadın voleybolçular arasında Türkiyə Superliqasında XI turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Qalatasaray” “Ereğli Bələdiyyəsi”ni qəbul edib.

Türkiyə Voleybol Federasiyasının qərarı ilə oyunu tamaşaçısız keçirən “sarı-qırmızılar” ilk dövrənin sonuncu görüşünü darmadağınla yekunlaşdırıblar - 3:0 (25:17, 25:17, 25:13).

Qeyd edək ki, bu qələbədən sonra aktivindəki xalını 23-ə çatdıran “Qalatasaray” yenə 4-cü pillədə qalıb.