“Alba” finalda rəqibini gözləyir
                    
                    21.03.2025 - 14:12
                        
                    
                    Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri “Alba” voleybol üzrə Rumıniya çempionatının finalına yüksəlib.
Apasport.az xəbər verir ki, komanda yarımfinal mərhələsində "Braşov"la qarşılaşıb..
İlk görüşdə 3:1 hesabı ilə qalib gələn müntəzəm çempionatın lideri cavab görüşündə də rəqibindən güclü olub - 3:0. Ruban bu oyunda 12 xal toplayıb.
"Alba" finalda “Dinamo” – “Voluntari” cütünün qalibi ilə qarşılaşacaq.
                                
                                0
                                
                                0