12-ci qələbə
22.12.2014 - 09:12
Qadın voleybolçular arasında Polşa Orlen Liqasında XII turunun qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə Çempionlar Liqasında “Rabitə”nin olan “Ximik” “Developres”i qəbul edib.
Görüş Şetsin təmsilçisinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:15; 25:15; 25:19).
Bununla da 12-ci matçında 12-ci qələbəsini qazanan rəqibimiz 34 xalla vahid liderliyini qoruyur.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” bu gün “Biqqoşç”la üz-üzə gələcək.
0
0